.
.

"Azərbaycan əsgərinin Sünik istiqamətinə irəliləməsindən xəbərimiz olmayıb"  - Paşinyan

11:42 - 13 May
    1159 oxunma


"Azərbaycan Silahlı Qüvvələri öz mövqelərini Ermənistanın Sünik bölgəsi istiqamətində irəli çəkib".

Bizimxeber.az bildirir ki, bu barədə "Sputnik Armenia"ya açıqlamasında Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan yayılan məlumatları təsdiqləyərkən bildirib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin üç kilometr irəliləyib: "Azərbaycan Silahlı Qüvvələri liçlər rayonunda Ermənistanın dövlət sərhədini keçib və dünəndən vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib".

"Ərazidə Azərbaycan əsgərləri var, orada bizim əsgərlərimiz də çoxdur. Ancaq demək istəyirəm ki, vəziyyət hərbi eskalasiyaya çatmamışdır. Heç bir atışma və toqquşma olmayıb. Azərbaycan əsgərlərinin ərazidən çıxarılması istiqamətində işlər aparılır"- deyə Paşinyan bildirib.

Niko Azərbaycan əsgərlərinin bu əraziyə necə girməsindən xəbərsiz olduqlarını da gizlətməyib. "Azərbaycan əsgərinin bölgəyə necə girdiyindən xəbərimiz olmayıb və bu barədə geniş araşdırma aparılacaq" - deyə Nikol bildirib.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84