. .

Azərbaycan əsəgrinin "Tuşonka"sı Ukrayna bazarında satılır-VİDEO

21:38 - 26 Mart
    7523 oxunma

Azərbaycan əsgərinin "Tuşonka"sının Ukrayna bazarında satıldığı ilə bağlı videogörüntü yayılıb. 

Vətəninfo.az  xəbər verir ki, videogörüntüdə Azərbaycan Respublikası Sərhəd Xidmətinə məxsus və əsgərlər üçün istifadəsi nəzərdə tutulan "Tuşonka" konservisinin Ukrayna bazarlarında satıldığı iddia olunur. 

Ukraynalı xanım bazardan ölkəsinin istehsalı adı altında aldığı məhsulu evdə araşdıran zaman onun Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus olduğunu üzə çıxarıb.

Videoda da açıq görünür ki, məhsulun üzərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus olduğu və "satışı qadağandır” sözləri yazılıb. Videogörüntü sosial şəbəkələrdə səs-küyə səbəb olub və ciddi müzakirələrə yol açıb.

Bizmxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84