.
.

Azərbaycan Ermənistana benzin satır? - SOCAR-dan AÇIQLAMA

13:46 - 31 Mart
    46960 oxunma

Ermənistanda benzin idxalı və satışı ilə məşğul olan şirkətlər qiyməti eyni həddə saxlasalar da, onlardan ancaq biri daha ucuz qiymət təklif edir. Bunu "İravunk" qəzeti yazıb. 

Qəzetin yazdığına görə, bazarda yeni olan "Ran Oil" şirkətində qiymətlər nisbətən daha ucuzdur. Şirkətə Xaçatur Sukiasyan rəhbərlik edir. "Söhbətlər gəzir ki, sərhədlər açıqldıqdan sonra Sukiasyan həm də Azərbaycandan benzin gətirə bilər",- deyə qəzet yazıb.

Bizimxeber.az bildirir ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan benzin ixrac etmir: “Biz neft emalı məhsullarımızı əsasən Gürcüstan bazarına ixrac edirik. Onların arasında yanacağa gəldikdə, bu, əsasən dizel yanacağıdır. Neft məhsullarının satışı ilə bağlı hər hansı problemimiz yoxdur”.

SOCAR sözcüsü bildirib ki, yalnız ötən il Azərbaycanın daxilində karantinin tətbiqi ilə əlaqədar təlabatın kəskin düşməsi şəraitində benzin ixrac edilib: “Amma adətən benzin ixrac etmirik, çünki Azərbaycanın özünün benzinə təlabatı çox yüksəkdir. Bu ehtimalların nəyə əsasən irəli sürüldüyünü bilmirəm. Hər halda belə bir təklifimiz də olmayıb”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84