Azərbaycan Əfqanıstanda səfirlik açır - SƏRƏNCAM

22:56 - 13 Yanvar
    2260 oxunma

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Bizimxeber.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyinə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.Dövlət başçısı həmçinin Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84