Azərbaycan-Belarus əməkdaşlığının perspektiv sahələri müəyyənləşdirildi

21:54 - 28 May
    2685 oxunma

“Epidemioloji vəziyyət təkcə Belarus və Azərbaycanın deyil, bütün ölkələrin iqtisadi münasibətlərinə təsir göstərib”. Bizimxeber.az xəbər verir ki, bunu “BelTA”ya açıqlamasında Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.

Onun sözlərinə görə, Belarus-Azərbaycan əməkdaşlığı çox möhkəm təməl üzərində qurulub, prezidentlər - İlham Əliyevlə Aleksandr Lukaşenko arasındakı münasibətlər isə dövlətlərarası münasibətlərə nümunədir. 

“İndi anlayırıq ki, ticarət əlaqələri yaxşıdır, lakin onların da müəyyən həddi var, buna görə dövlətlərimiz kooperasiya və inteqrasiya əməkdaşlığına yönəlib. Artıq uzun müddətdir bu istiqamətdə işləyirik. Məsələn, Azərbaycanda Belarus traktorları, MAZ avtomobilləri yığırıq. Hazırda Türkiyədə traktorların birgə yığımı üzrə zavodun inşası başa çatmaq üzrədir, beləcə üçüncü ölkələrin bazarlarına çıxacağıq.

Ancaq diqqəti yalnız mövcud layihələrə yönəltmək olmaz, digər perspektivli sahələr də var. Bu, generatorların, transformatorların, liftlərin birgə istehsalı da ola bilər, kənd təsərrüfatı məhsullarının emalı da. Bu məsələlər müzakirə oluna bilər”, - L.Qəndilov söyləyib.

Səfirin sözlərinə görə, Belarus və Azərbaycan hələ də ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və iqtisadi əlaqələri dərinləşdirməyi hədəfləyib.  Belarus Milli Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkələr arasında ticarət dövriyyəsi 106 milyon ABŞ dolları təşkil edib və bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84