“Azərbaycan başqa nə etməli idi?” - Rusiyalı deputat

12:04 - 03 Oktyabr
    1060 oxunma

“Paşinyan bu rayonları tərk etməli və başa düşməlidir ki, müharibəni başqa cür dayandırmaq mümkün olmayacaq”. Bu barədə Rusiya Dövlət Dumasının millət vəkili Aleksey Juravlyov “Rossiya 1” kanalında Qarabağdakı vəziyyətlə bağlı teledebatda bildirib. 

Juravlyov xatırladıb ki, Nikol Paşinyan 2018-ci ildə Ermənistanda ilk dəfə hakimiyyətə gələndə Bakıda da onun Qarabağ nizamlanmasına konstruktiv münasibət göstərəcəyi gözlənilirdi: “Ancaq onun elədiyi ilk iş Xankəndinə gedib “Bura əbədi bir erməni torpağıdır, heç bir güzəşt ola bilməz” demək oldu. Niyə belə etdi? O, bu əhval-ruhiyyə ilə millətçilərin əlinə oynayır. Əlbəttə, Azərbaycan başqa nə edə bilərdi?”.

Juravlyov həmçinin qeyd edib ki, Paşinyan bu əraziləri tərk etməli və başa düşməlidir ki, əks halda bunu (müharibəni - red.) dayandırmaq mümkün olmayacaq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84