Azərbaycan 4 əsiri Ermənistana, Ermənistan 2 əsiri Azərbaycana qaytardı

18:26 - 28 Dekabr
    2010 oxunma

Ermənistan daha iki azərbaycanlı hərbi əsiri Azərbaycana qaytarıb. Bu barədə bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycan isə daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

"Əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib. Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar", - deyə o qeyd edib. Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək.

Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.

Bizimxeber.az 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84