Azərbaycan 2 erməni hərbçinin qalıqlarını təhvil verib
-
5360 oxunma

Vətən müharibəsində itkin düşmüş hərbiçilərin cəsədlərinin axtarışları davam edir. Ağdərə bölgəsində 2 erməni hərbçinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.
Bizimxeber.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Daxili İşlər Nazirliyinin Dövlət Fövqəladə Hallar Xidməti xəbər verib.
Məlumata əsasən, raket zərbəsi nəticəsində yanmış cəsədlər şəxsiyyətlərin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib.
Həmçinin qeyd olunub ki, iki gün öncə daha bir erməni əsgərin qalıqları eyni bölgədən tapılaraq təhvil verilib.
Bu gün axtarış-xilasetmə işləri Hadrut və Füzuli ərazilərində davam etdiriləcək.
Qeyd olunub ki, atəşkəsdən bəri ümumilikdə 1488 erməni hərbiçilərin qalıqları tapılıb.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84