Azər Həsrət Baş prokurora müraciət etdi
-
18960 oxunma

Əməkdar jurnalist Azər Həsrət Baş prokuror Kamran Əliyevə müraciət edib. Bizimxeber.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında məlumat paylaşıb.
Müraciətdə deyilir: “Hörmətli cənab Baş Prokuror.
Yazıb nəzərinizə çatdırmaq istərdim ki, 15 yanvar 2021-ci il tarixində youtube.com/watch?v=SALWfPS5UL8 internet ünvanında yayımlanan canlı verilişdə İkram Rəhimov adlı şəxs verilişin aparıcısı Nəzakət Məmmədovanın suallarını cavablandırarkən barəmdə böhtanlar danışmış, məni külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham etmişdir. Eyni zamanda hər iki şəxs barəmdə ədəb həddini aşan ifadələrə də yol vermişdir.
Sizdən xahiş edirəm ki, barəmdə səslənmiş "külli miqdarda dövlət vəsaitini mənimsəmə" ittihamı ilə bağlı araşdırma aparmaq üçün məni, eyni zamanda iddiaçı olan İkram Rəhimov və Nəzakət Məmmədova adlı şəxsləri müvafiq qaydada dindirmək, qeyd edilən cinayətin araşdırılıb həqiqətin üzə çıxarılması üçün tapşırıq verəsiniz.
Ümid etmək istərdim ki, hüquqi dövlətimizdə təsadüfi və imici şübhəli olan şəxslərin barəmdə səsləndirdikləri bu böhtanlara aydınlıq gətirilməsi, uyğun qiymət verilməsi və böhtançıların cəzalandırılması üçün tədbir görəcəksiniz”.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84