. .

AZAL-ın yeməklərlə bağlı paylaşımı tənqid olundu

19:46 - 03 May
    6191 oxunma

AZAL-ın feysbuk səhifəsində təyyarədə verilən yemək setlərinin ev və ofislərə çatdırılması ilə bağlı məlumat müzakirələrə səbəb olub.

Bizimxeber.az xəbər verir ki, AZAL-ın sözügedən paylaşımına 400-ə yaxın şərh gəlib. Sosial şəbəkə istifadəçiləri daha çox tənqidi şərhlər yazıblar. Onlar bildirib ki, AZAL imkansızlıqdan bu üsula əl atıb. İzləyicilərin bir qrupa isə bu işlə məşğul olmaq əvəzinə, bilet qiymətlərinin endirilməsini tələb ediblər.

Şərh yazanların çox az qismi isə təyyarədə verilən yeməklərin evlərə və ofislərə çatdırılması xidmətini maraqlı təşəbbüs adlandırıb.

Qeyd edək ki, şirkətin yemək setlərilə bağlı qiymətləri 13 manatdan başlayır. Ekonom sinif üçün səhər yeməyi və nahar eyni qiymətə - 13 manata təklif olunur. Biznes sinifdə səhər yeməyi 36 manat, nahar isə 66 manatdır.

**

Bu arada ictimai fəal Bəxtiyar Hacıyev də status paylaşaraq bunları yazıb.

Axşama AZAL-dan Bizness Klass yemək seti sifariş vermək istədim. Setin qiyməti 66 manat, Yasamala çatdırma üçün də əlavə 15 AZN, cəmi 81 AZN edir. Yəni, təxminən 40 avro.

Gürcüstanda camaat vizasız-filansız oturur təyyarəyə, 40 avroya Kutaisidən Osloya, Münxenə, Parisə uçur, qayıdır. Bir dəfə də Londondan Venesiyaya 19 avroya gediş-dönüş bileti almışdım, getdim, qayıtmağa həvəs olmadı, oradan da başqa yerə getdim.

Bunlar Binədən Yasamala 70 qram qızardılmış mal əti və 80 qram göbələkli rizottonu 2 dilim çovdar çörəyi, 2 dilim pendirlə 81 manata satırlar.

AZAL-ın Müşahidə Şurasının və bu Müşahidə Şurasına nəzarət edən İnvestisiya Holdinqinin Müşahidə Şurasının (Müşahidə Şuralarının Müşahidə Şurasının) diqqətinə. Camaat sizdən rəqabətli mühit, normal bilet qiymətləri gözəyir, McDonaldsla, Woltla rəqabət edib, onların da bazarına əl qoymağı yox.

 

 







DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84