. .

AZAL-ın sərnişin daşımaları kəskin azalıb - Qiymətlər çox bahadır

13:24 - 10 Mart
    7021 oxunma

2020-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi “Buta Airways” 2019-cu illə müqayisədə 78,7 % az- 574,2 min sərnişin daşıyıb. 

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir. Hesabata əsasən, ötən ildə əvvəlki illə müqayisədə yük və baqaj daşınması 66,6 % azalaraq 5 min ton, poçt daşınması isə 66,2 % azalaraq 171,5 ton təşkil edib.

Beynəlxalq reyslərlə daşınan sərnişinlərin sayı 80,4 % azalaraq 407,7 min nəfər təşkil edib. Daxili marşrutlar üzrə isə 166,5 min sərnişin daşınıb.  AZAL-ın aviaşirkətlərin reyslərində sərnişin dövriyyəsi 980,6 mln sərnişin/km təşkil edərək, əvvəlki illə müqayisədə 79,3 %, beynəlxalq reyslərində sərnişin dövriyyəsi isə 864,7 mln sərnişin/km təşkil edərək, 2019-cu illə müqayisədə 80 % azalıb.

Hesabat dövründə sərnişin oturacaqlarının tutulma faizi əvvəlki illə müqayisədə 17,8 % azalaraq 57,8 % təşkil edib. Beynəlxalq hava xətlərində sərnişin oturacaqlarının tutulma faizi 2019-cu illə müqayisədə 19 % azalaraq 55,7 % təşkil edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84