AZAL çarter reysi ilə daha 178 nəfəri vətənə çatdırdı - FOTO

20:49 - 22 May
    1425 oxunma

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.  

AZAL-dan Bizimxeber.az-a verilən məlumata görə, bu gün daha 178 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb. 

“Azərbaycan Hava Yolları” İstanbuldan Bakıya növbəti reysini həyata keçirib. 

Bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə AZAL aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib. 

 

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84