.
.

Azad Rəhimovun yerinə kim təyin olunacaq?

17:20 - 23 Mart
    25600 oxunma


ABŞ-da müalicə olunan Gənclər və idman naziri Azad Rəhimovun yaxın günlərdə vəzifədən uzaqlaşdırılacağı deyilir. Bizimxeber.az-a daxil olan məlumata görə, müalicə heç bir nəticə vermir və aylardır nazirlik rəhbərsiz qalıb.

Hazırda bu posta kimin nazir təyin ediləcəyi müzakirə mövzularındandır. Məlumata görə, Gənclər və idman naziri postuna yeni namizədlər arasında ən şanslı kadr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin hazırkı müavini Aynur Sofiyeva hesab olunur. Daha bir nazmizəd isə Gənclər və idman nazirinin hazırkı müavini İntiqam Babayevin adı çəkilir. Məlumata görə, hətta nazirlikdə İntiqam Babayevin nazir olacağı ilə bağlı söz-söhbətlər də dolaşır. 

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, həkimlərin səyinə baxmayaraq Azad Rəhimovun vəziyyəti ağır olaraq qalır. Bu günlərdə nazirin müalicəsi müsbət nəticə vermədiyi üçün xəstəxanası dəyişdirilib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84