.
.

Azad olunan ərazilərdə sərhədçilərin vaksinasiyasına başlanıldı

13:05 - 06 Mart
    7800 oxunma

İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının vaksinasiyasına start verilib.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. İlk gündə 100 sərhədçinin koronavirus infeksiyası əleyhinə peyvənd olunmaları təşkil edilib. Vaksinasiya prosesi Qubadlı rayonu ərazisində yeni fəaliyyətə başlayan DSX-nin Hərbi Xəstəxanasında aparılıb. COVID-19 xəstəliyi əleyhinə vaksinasiya strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84