Aylardır axtarılan əsgərimizin bu gün şəhid xəbəri gəldi

23:01 - 16 Dekabr
    950 oxunma

Vətən müharibəsində daha bir hərbçimizin şəhid olduğu məlum olub. Qazax rayon sakini, 1995-ci ildə Ürkməzli kəndində anadan olmuş Kərimov Kamil Ələddin oğlu Vətən müharibəsində Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.

Müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov sonuncu dəfə ailəsi ilə müharibənin başlanmasından bir gün öncə telefonla danışıb. Həmin gündən sonra onunla bağlı heç bir məlumat olmayan ailəsi Kamildən çox narahat idi. Bu gün isə onun şəhid olduğu məlum olub. Şəhidimiz sabah Ürkməzli kənd qəbristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84