Aygün Kazımova: “Mənə qalan adım, statusum, layihələrim olacaq” - VİDEO

23:00 - 10 May
    1185 oxunma

“Bildim ki, karantindən sonra çəkilişlər başlayacaq, həyatımıza geri dönəcəyik. Hamı karantindən çıxıb xoşbəxt olacaq, mən isə depressiyaya düşəcəyəm. Ona görə çalışdım evdə idmanla məşğul olum. Müxtəlif idman aparatlarından istifadə etdim. Formamı qorumaq üçün qidama diqqət etdim”.

Bizimxeber.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “MTV Azərbaycan” telekanalında canlı yayımda qonaq olduğu zaman deyib.

Səhnəmizin pop divası səhərlər mütləq şəkildə yumurta yediyini bildirib:

“Hər səhər mütləq yumurta yeyirəm. Yumurta çox xeyirlidir. Yumurtanı hər bişirilmə formasında yeməyi sevirəm. Günorta da, axşam da versəz, sevə-sevə yeyərəm.

Karantində şirniyyatlardan və qarışıq yeməklərdən uzaq oldum. Ömür boyu müxtəlif pəhrizlər saxladım, ciddi rejimə fikir verdim, bu səbəbdən qidalanmaqla bağlı təcrübəm kifayət qədər yaxşıdır. Çalışdım nəfsimə hakim olum”.

Proqramın gedişatında A.Kazımova bir müddət öncə ABŞ-da klip çəkdiyi “Ehtiyacım var” mahnısının pərdəarxası məqamlarından söz açıb. O, sonuncu qəpiyinin üstünə qəpik qoyub sözügedən bəstəni aldığını etiraf edib:

“Bu mahnını bizə göstərəndə, dedilər ki, beş dəqiqə zamanınız var. Ya mahnını alırsız, ya da ki, başqa müğənniyə satırıq. Dedim ki, bu, mümkün deyil. Bu bəstəni almalıyıq. Konsert qabağı da çoxlu pullar xərcləmişdim.

Əlimdə də artıq pul qalmamışdı. İnanın ki, bu mahnını almaq üçün son qəpiyimi, axırıncı pullarımı xərclədim. Bax belə, bu mahnının məzəli alınma tarixçəsi var. Bu bəstə mənim qismətim imiş. Ona görə də bir təhər pul tapıb “Ehtiyacım var”ı ala bildim.

Sənət aləmində ən ağıllı addımları elə özüm atıram. Bu hadisələrdən sonra başa düşürəm ki, “Süleymana qalmayan dünya heç kimə qalmayacaq”. Mənə nə beş dənə villam, nə də ki səkkiz dənə avtomobil qalacaq. Mənə qalan adım, statusum, layihələrim və konsertlərim olacaq”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84