““Aya Sofya”dakı namazda 350 min nəfər var idi” - Ərdoğan

17:03 - 24 İyul
    3205 oxunma

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Aya Sofya Kəbir" Məscidində qılınan cümə namazına qatılıb. Bizimxeber.az"TRT Haber"ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan cümə namazından əvvəl Mehmet Bahçeli ilə birlikdə Fatih Sultan Mehmet türbəsini ziyarət edib.

O, bildirib ki, bugünkü namazda 350 min nəfər iştirak edib. Daha sonra jurnalistlərə açıqlama verən Ərdoğan "Artıq bu yer öz əslinə qayıtdı, məscid idi yenidən məscid oldu. İnşallah, bundan sonra həmişə bütün möminlərə məscid olaraq xidmət etməyə davam edəcək. Bütün insanlığın mədəniyyət mirası olaraq insanların gəlib ziyarət edə biləcəyi bir yerdir",-deyə qeyd edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84