Aya Sofiyada axşam namazı qılındı - FOTO

22:51 - 10 İyul
    1590 oxunma

Aya Sofiya məscidində axşam namazı qılınıb. 

“Bizimxeber” TRT-yə istinadən xəbər verir ki, muzeyin statusunun dəyişdirilməsi rəsmiləşəndən dərhal sonra meydana gələn vətəndaşlar axşam duası ediblər. 

Min nəfərə yaxın insan, o cümlədən müxtəlif assosiasiyalar və qeyri-hökumət təşkilatları Aya Sofiyada azanın oxunmasından sonra Təkbir gətiriblər.

Namazı yerli və xarici mətbuat nümayəndələri, eləcə də çox sayda turistlər maraqla izləyiblər.

Bununla yanaşı, “Ayasofiyanı”  barrikadalarla bağlayan güc qurumlarından zaman-zaman sosial məsafənin qorunması və məsafə saxlanılmasına dair xəbərdarlıqlar edilib.

Xatırladaq ki, Ali Məhkəmə, 24 noyabr 1934-cü il tarixli Nazirlər Şurasının Müqəddəs Sofiya Kilsəsinin məsciddən muzeyə çevrilməsi haqqında qərarını ləğv edib.
 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84