AXCP fəalı azadlığa çıxdı

10:27 - 18 Avqust
    1740 oxunma

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədli azadlığa çıxıb. Qaynarinfo xəbər verir ki, bu barədə onun atası məlumat verib. F.Əhmədlinin cəza müddəti bitib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, F.Əhmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84