.
.

Avropada karantin etirazları davam edir - FOTOLAR

15:46 - 05 Aprel
    8520 oxunma


Avropa ölkələrində koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı sərtləşdirilmiş karantinə etirazlar davam edir.

Bizimxeber.az "Euronews"a istinadən bildirir ki, ötən gün İsveçrədə yüzlərlə gənc etiraz aksiyalarına qatılıb. Ölkənin şərqində etirazlar polislə toqquşma ilə sona çatıb. Gənclər polis məmurlarına molotof kokteyli atdıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları rezin güllə və gözyaşardıcı qazdan istifadə edib, 19 nəfər saxlanılıb.

Almaniya - Ştutqart

Almaniyanın Stuttgart şəhərində də polis minlərlə nümayişçinin məhdudlaşdırıcı tədbirlərə qarşı aksiya xəbərini alaraq küçələrə çıxarılıb. Şəhərdə bir neçə etiraz aksiyası baş verib. Etirazçılar maskasız, sosial məsafəni gözləmədən hərəkət ediblər. Aksiya insidentsiz bitib.

Twitter videosundan ekran görüntüsüFransa...

Fransada isə bu dəfə etirazları sənətçilər təşkil edib. Təxminən 100 nəfər sənət adamı Parisdə Mədəniyyət Nazirliyinin qarşısına toplaşıb. Onlar mədəni məkanların pandemiya səbəbindən bir neçə aydır bağlı qalmasına etiraz ediblər. Nümayişçilər mədəniyyət üçün simvolik bir cənazə hazırlayıblar.

TASS agentliyi

Rumıniya - Buxarest...

Rumınlar da sərt karantin tədbirlərinə etiraz dalğasına qoşulublar. Buxarest küçələrinə çıxan insanlar bir həftədir ciddi karantinin hökm sürməsinə narazılıqlarını bildiriblər. Rumıniya hazırda koronavirus pandemiyasından ən çox əziyyət çəkən üçüncü ölkə sayılır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84