Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını rədd etdi

16:03 - 08 Sentyabr
    2515 oxunma

Avropa İnsan Haqları Məhkəməsi ermənilərin azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib. Ermənistandan olan iki şikayətçi - Budapeştdə öldürülən erməni hərbçi Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan və Macarıstana qarşı qaldırdığı iddia təmin edilməyib.

Avropa Məhkəməsi Ramil Səfərovun cinayəti şəxsi zəmində törətməsi ilə bağlı Macarıstan Məhkəməsinin hökmünə əsaslanaraq Azərbaycan dövlətinin Qurqen Marqaryanın qətlinə heç bir təsirinin olmadığı qənaətinə gəlib. Bununla yanaşı Avropa Məhkəməsi Macarıstanı da hər hansı bir məsuliyyətdən azad edib.

İddiaçıların vəkilləri Siranuş Saakyan və Levon Qoryan isə bu işin hüquqi əhəmiyyətini və bunun üçün böyük ictimai marağı nəzərə alaraq, Avropa Məhkəməsinin qərarı qüvvəyə minməzdən əvvəl Böyük Palataya şikayət edəcəklərini bildiriblər.

Xatırladaq ki, R.Səfərov 2004-cü ilin yanvarında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış, fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə onu öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub, Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilib və Prezident İlham Əliyev tərəfindən əfv olunub.(qafqazinfo.az)

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84