.
.

Avropa Məhkəməsi Azərbaycan və Ermənistanın şikayətlərinə baxacaq

13:36 - 13 May
    1440 oxunma


Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası, Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı Ermənistan və Azərbaycanın bir-birlərinə qarşı irəli sürdüyü iddiaları araşdıracaq. 

Tərəflərin şikayətləri əsasən son hərbi əməliyyatlar zamanı dövlətlər tərəfindən İnsan Hüquqları Konvensiyasının pozulması, o cümlədən mülki şəxslər, mülki və dövlət əmlakına və infrastruktura hücumlarla bağlı məsələləri ehtiva edir.

Bizimxeber.az bildirir ki, məlumatda həmçinin döyüşçülərin və mülki şəxslərin edamları, onlara qarşı pis rəftar və hərbi əməliyyatlardan təsirlənən ərazilərdən məcburi köçürülmələrlə bağlı iddialar yer alır. 

Azərbaycan əlavə olaraq 1992-ci ildən bəri bir sıra Konvensiya pozuntularına, o cümlədən yüzminlərlə azərbaycanlının evlərindən qovulmasını, habelə mədəni və dini mülkiyyətin məhv edilməsi məsələsini qeyd edir.

Ermənistan öz müraciətini 27 sentyabr 2020-ci ildə təqdim edib. Azərbaycanın müraciəti isə bundan bir ay sonra, 27 oktyabrda daxil olub, məhkəmənin məlumatında deyilir.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84