.
.

Avropa Komissiyasının rəhbərinə Ərdoğanla görüşdə yer verilmədi - VİDEO

11:27 - 07 Aprel
    15200 oxunma

Otə gün Ankarada Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. 

Bizimxeber.az "Washington Post"a istinadən bildirir ki, görüş zamanı Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyenə oturmaq üçün kreslo verilməyib. 

İnternetdə yayımlanan kadrlarda Aİ rəhbərinin iclas otağında yer ala bilmədiyi görünür. Nəticədə, Von der Leyen diplomatik protokola görə daha aşağı rütbəli yerdə oturmalı olub. O, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə üzbəüz divanda oturub.

Məlumatda qeyd olunur ki, qəbul edilmiş normalara görə, bu cür danışıqlar zamanı bu yer tərcüməçilərə və iclasın digər iştirakçılarına ayrılır.

Bu arada Avropa Parlamentinin üzvü, millət vəkili Sofi Veld baş verənlərin təsadüf olmadığını özünün "Twitter" hesabında yazıb: "Bu qəsdən idi ... Niyə  Ursula Von der Leyen etiraz etmədi?".

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84