Avropa İttifaqı Belarusdakı seçkilərin nəticələrini tanımadı

18:40 - 19 Avqust
    2725 oxunma

Polşa və Litvanın təşəbbüsü ilə Avropa İttifaqının 27 ölkəsinin dövlət və hökumət başçıları Belarusdakı vəziyyətlə bağlı videokonfrans formatında təcili zirvə görüşü keçirib. Bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin nümayəndəsi Barend Leyts açıqlama verib. “Aİ liderlərinin Belarusdakı vəziyyətlə bağlı videokonfransı başladı”, - deyə o, öz “Twitter” hesabında yazıb.

Danışıqlar bağlı qapılar arxasında keçirilib.

***

Avropa İttifaqı Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib. Mişel Minski böhrandan qeyri-zorakı çıxış yolunu tapmağa çağırıb və Aİ-nin “hakimiyyətin sülh yolu ilə keçidini müşayiət etməyə” hazır olduğunu bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84