.
.

AVRO-2020: İsveç millisi Slovakiyaya qalib gəldi

18:52 - 18 İyun
    2039 oxunma


Futbol üzrə Avropa çempionatının E qrupunda II tura start verilib.

Bizimxeber.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveç və Slovakiya yığmaları üz-üzə gəliblər.

Matçın taleyini 1 qol həll edib. 77-ci dəqiqədə penaltidən fərqlənən Emil Forsberq skandinaviyalılara vacib qələbə qazandırıb. Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveç seçməsi liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir.

Qeyd edək ki, bu qrupun digər oyununda İspaniya və Polşa kollektivləri qarşılaşacaqlar. Sevilyada oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84