.
.

Atasını avtomobillə vuraraq öldürdü

16:21 - 21 İyul
    3135 oxunma


Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb. Bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84