Atası DTX tərəfindən həbs edilən Safuradan paylaşım - Foto

13:00 - 30 İyul
    1085 oxunma

“Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safurə Əliyeva uzun müddət sonra sosial şəbəkədə fotolar paylaşıb. Safurə instaqram hesabında övladları ilə görüntüləndiyi fotolar paylaşıb. Həmişə olduğu kimi fotoları paylaşaraq şərh bölümün bağlı saxlayan müğənni izləyicilərin marağına səbəb olub.

Xatırladaq ki, bir müddət öncə Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilərkən saxlananalardan biri - XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Safurənin atası Səlim Əlizadə olub. Həmin hadisədən sonra Safura sosial mediadakı hesablarının heç birində paylaşım etməyib.

Qeyd edək ki, Safurə Əliyeva mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Onun bu evlilikdən üç övladı var.(Big.az)


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84