Atası azərbaycanlı olan Kamo Ağacanyan da layiqli cəzasına çatacaq...

14:48 - 17 Oktyabr
    25640 oxunma

Xəbər verildiyi kimi, Azərbaycan ordusunun azad etdiyi kəndlərdən biri də Xocavənd rayonunun strateji cəhətdən çox yüksək əhəmiyyətə malik Edilli kəndidir. Moderator.az xatırladır ki, hazırda Xankəndindəki qondarma separatçı-terrorçu rejimin qanunsuz “təhlükəsizlik xidməti”nin rəisi olan üzdəniraq general-leytenant Karen Ağacanyan həmin Edilli kəndində doğulub.

Atası azərbaycanlı, anası erməni olan bu xəyanətkar separatçı rejimlə yanaşı, işğalçı Ermənistanda da yüksək vəzifələrdə olub. Əyanilik üçün onun haqqında ətraflıməlumatı təkrar nəzərinizə çatdırırıq: "Xatırladaq ki, hələ 2018-ci ilin ilin iyununda, N.Paşinyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra rejimin “polis rəisi” vəzifəsindən istefa vermiş K.Ağacanyanı o vaxtkı separatçı lider Bako Saakyan özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etmişdi. Həmin vaxt Moderator.az Kamo Ağacanyanın azərbaycanlı qanı daşıması haqda araşdırma təqdim edib.

Bu haqda məlumatı Qarabağ qazisi, keçmiş Xocavənd taborunun fəal döyüşçülərindən biri, Xocavənd rayonunun Axullu kənd sakini Ayxan Sadiq bəndənizin Dağlıq Qarabağda yaşayan 6 azərbaycanlının kimliyi barədəki yazısını oxuduqdan sonra vermişdi. Aktuallığını nəzərə alıb Qarabağ qazisinin açıqlamasını və Azərbaycan Respublikası torpaqlarının 20 faizinin təhlükəsizliyinə nəzarət edəcək dönük azərbaycanlı haqqında digər məlumatları təkrar dəyərli oxucularımızın nəzərinə çatdırırıq: “Hazırda qondarma “DQR”-in “daxili işlər naziri” statusunda olan Ağacanyan Kamo Akbaroviçi uşaqlıqdan tanıyırıq. O, Xocavənd rayonunun Edilli kəndindindəndir.

 

Bu məntəqə keçmisdə Hadrut rayonuna aid idi. Edilli ilə bizim Axullu kəndi bitişik idi, Axulluda azərbaycanlılar yaşayırdı. Amma Axulluda məktəb yox idi deyə, biz də Edilli orta məktəbində erməni uşaqlarla bir oxuyurduq.

Həmin dövrdə bir yerdə oxuyanlar Kamonu yaxşı tanıyırlar. Kamo Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olub. Atası Kərimov Əkbər təmiz Azərbaycan türküdür.

Amma Əkbər kişinin arvadı, yəni, Kamonun anası erməni idi. Beləliklə, 1988-ci ildə o, ata adını və soyadını dəyişib. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra o, Kamo Ağacanyan Akbaroviç kimi ortaya çıxıb və erməni quldurlarına qoşulub. Azərbaycana qarşı döyüslərdə fəal istirak edib. Elə bu fəallığına görə də sonradan vəzifələrə yüksəlib…”

Araşdırmamız nəticəsində bəlli oldu ki, həqiqətən 2013-cü il martın 25-dən “prezident ” Bako Saakyanın əmri ilə Kamo Ağacanyan DQR” rejiminin “polis rəisi” vəzifəsinə təyin olunub. Bu təyinata qədər isə K.Ağacanyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun komandiri olub.

Elə həmin il oktyabrın 23-də İrəvanda Ermənistan və “DQR” polislərinin birgə kollegiya yığıncağında “DQR” “polis rəisi” K.Ağacanyan Ermənistan Respublikası polis rəisi Vladimir Qasparyanın əmri ilə “Asayişin möhkəmlənməsinə görə” medalı ilə təltif edilib. Amma istər rus, istərsə də erməni mənbələrində “DQR” “polis rəisi”nin atası barədə ətraflı məlumat yoxdur. O, sadəcə, “Ağacanyan Kamo Abqaroviç” kimi göstərilir.

1971-ci ildə doğulduğu kənd isə Edilli yox, “Uxtadzor” kimi qeyd edilir (Öyrəndik ki, ermənilər işğaldan sonra Edilli kəndinin adını “Uxtadzor” qoyublar). Və həmin kənd məktəbini 1989-cu ildə bitirərək 1991-ci ildən “erməni özünümüdafiə dəstələrinə” qoşulduğu, Qarabağdakı döyüçlərdə fəal iştirak etdiyi və 2004-cü ildə polkovnik rütbəsi aldığı bildirilir. Erməni dilini mükəmməl bilən araşdırmaçı-jurnalist Şahin Qocayevin vasitəsilə ermənicə mənbələri də araşdırdıq. Həmin mənbələrdə də yalnız Kamo Ağacanyanın “Hadrut” rayonunda doğulması qeyd edilir, atasının adı çəkilmir.

Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, 2013-cü il martın 21-də Ermənistan prezidenti S.Sərkisyan K.Ağacanyanı 1-ci Ordu Korpusu komandirliyindən öz əmri ilə, heç bir şərh vermədən (?) azad edib. Bunun səbəbini erməni “KİV-ləri də araşdıra bilməyib…” P.S. Tezliklə Xankəndi də azad ediləcək və separatçı-terrorçu rejimin digər rəhbərləri kimi, xain Kamo Ağacanyan da yaxalanaraq layiqli cəzasına çatacaq... 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84