Atambayev həbsdə qaldı
-
25080 oxunma

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev 7 aprelə qədər həbsdə saxlanılacaq. Bu barədə “RİA Novosti” Bişkekin Pervomayskiy Rayon Məhkəməsinin ofisinə istinadən məlumat verib.
“Məhkəmə Almazbek Atambayevin həbs müddətini 7 aprelə qədər uzadıb”,- deyə açıqlamada vurğulanıb. Qeyd edək ki, Almazbek Atambayev kriminal avtoritet Aziz Batukayevi azadlığa buraxılmasında korrupsiya əməllərində ittiham edilərərk 11 il iki ay həbs cəzasına məhkum edilmişdi.
Lakin daha sonra ölkənin Ali Məhkəməsi aşağı instansiyanın qərarını ləğv edərək işə yenidən baxılması üçün yeni məhkəməyə yönləndirib. Atambayev, həmçinin 2019-cu ilin avqust ayında həbsi zamanı baş verən iğtişaşlarla bağlı bir sıra ağır maddələrlə də ittiham olunur.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84