.
.

"AstraZeneca" peyvəndinin ilk dozası vuruldu

15:26 - 01 Aprel
    5600 oxunma


Almaniya prezidenti Frank-ValterSteinmeier COVID-19-a qarşı ilk "AstraZeneca" peyvəndini qəbul etdi.

Bizimxeber.az bildirir ki, bu barədə "Bild" agentliyi məlumat yayıb.

65 yaşlı Steinmeierin peyvənd Berlindəki Bundesver xəstəxanasında vurulub. "Almaniyada icazə verilən peyvəndlərə etibar edirəm. Bu gün "AstraZeneca" ilə ilk peyvəndimi aldım. Aşılama pandemiyadan qurtarmaq üçün həlledici addımdır. Bu fürsətdən istifadə edin. Bizə qoşulun!" - deyə pezident bildirib. 

Qeyd edək ki, Robert Koch İnstitutundakı Aşılar üzrə Daimi Komissiya (STIKO) "AstraZeneca" peyvəndinin istifadəsi qaydalarını dəyişdirib. İnstitutun mətbuat xidmətindən bildirilib ki, bu peyvənd hazırda 60 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84