. .

Aşotyandan Paşinyana ağır ittihamlar - Azərbaycan Ermənistanı həmişə üstələyib

01:16 - 17 Aprel
    17037 oxunma

"Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistan vətəndaşlarının böyük yalan və yanlış fikirlərə məruz qalmasının nəticəsidir. Ermənistanın o zamankı hakim partiyası hakimiyyəti Nikola Paşinyana vermirdi".

Bizimxeber.az bildirir ki, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bunu "Sputnik"ə müsahibəsində bildirib.

Düz üç il bundan əvvəl İrəvanda etiraz aksiyalarının həlledici mərhələsi başlandı və bu mərhələ bir həftədən sonra üçüncü prezidentin, ERP-nin lideri Serj Sarqsyanın baş nazir postundan istefa verməsi ilə nəticələndi. Həmin hadisələrdən üç il sonra Aşotyan bəyan edir ki, hakimiyyətin Paşinyana ötürülməsində ÇEP-i qınamaq ədalətsizlikdir.

Onun sözlərinə görə, 2018-ci ilin aprel-may aylarında hakimiyyətdən getməyi tələb edən yüz minlərlə insan fiziki divan tutması ilə hədələnib, dövlətin işini iflic edib, hərbçiləri ölkə rəhbərliyinə qarşı çıxarıblar.

"Hörmətli xalq, nəhayət qərar verin. Deyin ki, bəli, səhv etmisiniz. Əlbəttə, bizim də günahlarımız var idi, biz xalqla normal ünsiyyətdə deyildik, Korrupsiyaya qarşı lazım olduğu kimi mübarizə aparmadıq, özümüzü həddindən artıq təkəbbürlü aparırdıq, müxtəlif kriminal-oliqarxik dairələrə "sərbəst" hiss etməyə imkan verirdik. İnsanlar bütün bunları bizə söyləsinlər, biz günahlarımızı etiraf edirik, siz də etiraf edin ki, yanlış seçim etmisiz" - deyə Aşotyan deyib.

O qeyd edir ki, Saşik Sarqsyanın (Serj Sarqsyanın qardaşı) bütün biznes layihələrində 50%-lik paya malik olduğunu, müşahidə kameraları tərəfindən qeydə alınan cərimələrdən pul Sərkisyanın cibinə getdiyini, aprel döyüşündə əsgərlərin çiyin-çiyinə döyüşdüyünü və ac qaldığını deyən insanlara yalan danışanlar uzun illərdir ki, cəmiyyətə yalan danışıblar.

"Hətta bugünkü hakimiyyət orqanları insanları aldatdığını etiraf edirlər. Odur ki, qoy bizə deməsinlər ki, biz hakimiyyəti niyə vermişik. İnsanlar özləri bizdən bunu tələb etdilər. Bizim günahımız ondan ibarətdir ki, biz xalqla düzgün izahat verə bilməmişik və onun gözləntilərini doğrultmuşuq. Amma xalqın da öz səhvləri var – o, yalana inanıb və ən pis variantı seçib, halbuki Serj Sarqsyanın istefasından sonra Karen Karapetyanın baş nazir seçilməsinə razılıq verə bilərdi", - deyə Aşotyan bildirib.

O, xatırladıb ki, "Serj rədd et" hərəkatının mənası Paşinyanın baş nazir olmasında deyil. Mahiyyət Sarqsyanın baş nazirliyinə imkan verməməkdən ibarət idi. Nəticədə, üçüncü Prezident əsl dövlət xadimi kimi çıxış edib – toqquşmanın və qan tökülməsinin qarşısını almaq üçün istefa verib.

Onun sözlərinə görə, hakimiyyətdə olan hazırkı rəhbərlik erməni dövlətçiliyinin əsaslandığı hər şeyi məqsədyönlü şəkildə məhv etməyə başlayıb.

"Şübhəsiz ki, demoqrafiyaya, iqtisadi potensiala görə Azərbaycan Ermənistanı həmişə üstələyib. Ancaq biz onu daha yaxşı təşkilatçılıq hesabına, döyüş ruhumuz, ordumuzun peşəkarlığı hesabına uğurlar qazanmışdıq. Amma bu adamlar hakimiyyətə gəldilər və on illərlə yaranmış hər şey bir anda dağıldı", - deyə o bildirir.

O hesab edir ki, hakimiyyət dəyişikliyindən sonra hərtərəfli araşdırma aparmaq və hazırkı komandanın hərəkətlərinin səbəblərini və motivasiyasını anlamaq lazımdır. Həmçinin Paşinyanın Əliyevlə sövdələşməyə getməsini istisna etmir. Vaxtilə Serj Sarqsyana təklif olunan və Belarus prezidentinin haqqında danışdığı beş milyard dollar Paşinyana da təklif oluna bilərdi, o da təklifi qəbul edə bilərdi. Əks təqdirdə, Qarabağda 44 günlük müharibədən əvvəl və sonra qəbul edilmiş, 5 min erməni əsgərinin ölümünə səbəb olan absurd qərarları izah etmək mümkün deyil.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84