. .

Aslanovun oğlunun qatili Vüqarın ömürlük cəzası azaldıldı

17:04 - 18 Mart
    12701 oxunma

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı mərhum Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin cəzası 25 ilə endirilib. 

Bizimxeber.az xəbər verir ki, onun cəzası bu gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yüngülləşdirilib. 2003-cü ildə həbs edilən V.Əliyevin cəzası 7 il sonra, 2028-ci ildə başa çatacaq.

Vüqar Əliyev 2003-cü ildə nişanlısı Lamiyə Quliyeva ilə birlikdə Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Sonradan L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

15 yaşında qətl törədən Lamiyə Quliyevanın 2014-cü ildə 4 saylı cəzaçəkmə müəssisəsində övladı dünyaya gəlib. Təcrid olunmuş və rəsmi nikahı olmayan L.Quliyevanın türmədə dünyaya gətirdiyi uşağının atasının kimliyi ilə bağlı müəmma bu məsələyə diqqəti daha çox çəkib. Bununla başlanan ictimai müzakirələr sonda L.Quliyevanın azadlığa buraxılması ilə yekunlaşıb.

L.Quliyeva 2015-ci ilin fevral ayında Baş Prokurorluğun verdiyi protestlə azadlığa buraxılıb. Qeyd edək ki, Aslan Aslanov 2018-ci il avqustun 23-də vəfat edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84