Aslan İsmayılov Müdafiə Nazirliyinin Tibb Xidmətini korrupsiyada günahlandırdı - FOTO

17:24 - 13 Yanvar
    3650 oxunma

Tanınmış hüquqşünas Aslan İsmayılov Müdafiə Nazirliyinin Tibb Xidmətinin vəzifəli şəxslərinin müharibə zamanı etdikləri qanun pozuntularından və cinayət xarakterli əməllərindən yazıb.  O, bu barədə “Facebook” səhifəsində post paylaşıb. Vəkil yazısında müharibə dövrü hərbi hospitallarda baş verən çatışmazlıqları, o cümlədən kobud qanun pozuntularını çox diqqətlə və bilavasitə izlədiyini qeyd edib.

''Həmin günlər çatışmazlıqların dərhal aradan qaldırılması üçün səlahiyyətli vəzifəli şəxslərə konkret faktları təqdim etmişəm. Bunu Füzuli, Ağcabədi, Bərdə, Beyləqan və digər bölgələrdə çalışan, xüsusilə Türkiyədə təhsil almış şəxslər çox yaxşı bilirlər. Onların bir çoxları ilə özüm, bəziləri ilə isə oğlum Vaqif görüşüb və konkret çatışmazlıqları qeydə alıb müvafiq strukturlara çatdırmışıq''.

''Bu təmaslar zamanı həkimlərimizin fədakarlığını, bir çox işləri Müdafiə Nazirliyinin Tibbi Xidmətinin əvəzinə özləri, öz maddi vəsaitləri hesabına etdiklərini də yaxşı bildiyimdən sıravi həkimlər haqqında heç vaxt mənfi fikir bildirmərəm. Əksinə, bu günün özündə də həmin həkimlərin əziyyətlərinin dəyərləndirilməsini, vəzifəni qazanc yeri kimi görən Tibb Xidmətinin vəzifəli işçilərinin yerinə gətirilmələrini çox vacib sayıram". 

A.İsmayılov sonda həmin səlahiyyətli şəxslərin cinayət xarakterli əməlləri haqqında lazımı qurumlara məlumat verdiyini də vurğulayıb: “Həmin dövr Müdafiə Nazirliyinin Tibb Xidmətinin vəzifəli şəxslərinin qanun pozuntularını, cinayət xarakterli əməllərini çox yaxşı bilirəm. Onların necə ölkə rəhbərliyini aldatdıqlarını da lazım olan şəxslərə çatdırmışam”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84