Asif Əsgərov: "Mən rəsmi qayda-qanunlara əməl edən adamam"

23:48 - 30 Avqust
    1645 oxunma

Sabiq Administrasiya rəhbəri, hazırda AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərlə bağlı yeni video görüntülər yayılmaqla bərabər, eyni zamanda Həbib Müntəzir facebook sosial şəbəkəsində paylaşdığı statusda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da toyda iştirak etdiyini iddia edib.

Bizimxeber.az bildirir ki, bu barədə mətbuata danışan Nəsimi rayon İH-nin başçısı Asif Əsgərov yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib və məlum toyda iştirak etmədiyini vurğulayıb: "Mən rəsmi qayda-qanunlara əməl edən adamam.

Pandemiya dövründə mən səhər işə, axşam isə ailə-uşağımın yanında olmuşam". Asif Əsgərov qeyd edib ki, COVİD-19 pandemiyası ilə mübarizə və Operativ Qərargahın tədbiq etdiyi qaydalara hər kəs kimi o da əməl edirb: "Bu qaydalara əməl olunduğu halda insanların təhlükəsizliyinə və virusa yoluxma hallarının azalmasına nail olmaq olar".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84