"ASAN xidmət"in Aparat rəhbəri işdən çıxarıldı (FOTO)

11:00 - 15 Sentyabr
    795 oxunma

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli vəzifəsindən azad olunub. Bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əmr imzalayıb. A.Cəfərli Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

Bununla bağlı  Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb. Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə olunub.

Qeyd edək ki, A.Cəfərli 2016-cı ildən Aparat rəhbəri vəzifəsində çalışırdı. 2012-2016-cı illərdə isə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri olub.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84