Arutyunyan yenə də sərsəmlədi – bütün əsirləri geri qaytaracam
-
9480 oxunma
SİZİN REKLAM YERİNİZ - ok

İtkin düşənlərin axtarışının təfərrüatı ictimaiyyətə açıqlana bilməz, lakin Qarabağ rəhbərliyi bu problemi həll etmək üçün əlindən gələni edəcəkdir.
Bizimxeber.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri qondarma rejimin rəhbəri Arayik Arutyunyan cümə axşamı itkin düşən hərbçilərin valideynləri ilə keçirdiyi görüşdə səsləndirib.
Arutyunyan, axtarış işlərinin gedişatı, nəticələri və qarşıya qoyulan vəzifələr barədə izahat verməklə yanaşı, itkin düşən erməni hərbiçilərinin yaxınlarının şərhlərini və narahatlıqlarını da dinləyib.
Onun sözlərinə görə, axtarış işləri çox şaxəlidir və müxtəlif istiqamətlərdə aparılır: “Ermənistan, Rusiya və Azərbaycan tərəfləri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi axtarış işlərində iştirak edir”.
Prosesin müəyyən səbəblərə görə qeyri-ictimai xarakter daşıdığını və bu insanların taleyini aydınlaşdırmaq üçün hər şeyin ediləcəyini vəd etdiyini qeyd etdi.
Arutyunyan, eyni zamanda, bütün əsirlərin geri qaytarılması üçün tədbirlər görüldüyünü və qondarma rejim rəhbərliyinin bu məsələdə sona qədər dirəniş göstərib lazımı nəticəni əldə edəcəyinə söz verib.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84