.
.

Arutyunyan: "Çalışırıq heç olmasa DQMV-nin ərazisini geri qaytara bilək"

12:49 - 13 Mart
    7720 oxunma


"Bizim Dağlıq Qarabağdakı səlahiyyətlilər Azərbaycan tərəfinin nəzarətinə keçən əraziləri tərk etmirlər və danışıqlar yolu ilə Qarabağ ərazisini bərpa etmək niyyətindədirlər". Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, bu barədə Araik Arutyunyan bir qrup Hadrut sakini ilə görüşündə bildirib.

Araturyan deyib ki, onlar Suqovuşan (Hadrud) bölgəsinə qayıtmaq mübarizəsini dayandırmayacaqlar: "Mübarizəmiz dinc və danışıqlar yolu ilə davam edir. Çalışırıq heç olmasa Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini geri qaytara bilək". 

Arutyunyan həmçinin Azərbaycana keçən ərazilərdən məcburi köçkün düşmüş şəxslərə sosial təminat verilməsinin və onların mənzillə təmin olunmasının vacibliyini deyib: "Onlara Dağlıq Qarabağın müxtəlif bölgələrindəki bir sıra icmalarda müvəqqəti məskunlaşma təklif edildi.

Müharibənin yenidən başlaması təhlükəsi olmadığını əmin etdim. Heç kim uzun müddətli sülh perspektivinə şübhə etmir, xüsusən də Rusiya sülhməramlı kontingentinin mövcudluğunu nəzərə alsaq müharibə mümkün deyil". 

Qeyd edək ki, bundan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan Hadrut sakinlərini qəbul etmişdi. Ona məcburi köçürülmə, eləcə də Hadrut bölgəsindəki mədəni və tarixi abidələrin qorunması ilə bağlı problemlərini onun diqqətinə çatdırmışdılar.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84