Arif Hacılı: "...hakimiyyət buna arxayındırsa çox ciddi yanılır"

12:34 - 07 Sentyabr
    2100 oxunma

"Azərbaycanda çox aclıq aksiyaları keçirilib. Dəfələrlə ölüm aclığı da elan edilib. İki həftədən çox davam edən aclıq aksiyaları olub. Ancaq, Azərbaycanda ölümlə nəticələnən aclıq aksiyası xatırlamıram". 

Belə bir açıqlama ilə Müsavat Partiyasının sədri Arif Hacılı bildirib. Onun sözlərinə görə, Tofiq Yaqublunun aclıq aksiyasına hələ heç bir reaksiya verməyən hakimiyyət buna arxayındırsa çox ciddi yanılır: "Tofiq Yaqublu sonadək aclığı davam etdirəcəyini deyirsə bu belə də olacaq. Səhhətindəki ciddi problemləri də nəzərə alsaq aclıq aksiyasını davam etdirdiyi hər gün onun həyatının son günü ola bilər.

Bu aclıq aksiyasının letal nəticəsi olarsa Azərbaycanın hansı vəziyyətə düşəcəyini, ölkədə hansı proseslərin gedəcəyini təsəvvür etmək çətin deyil. Tofiq Yaqublu səhhəti, cəmiyyətdəki xüsusi nüfuzu, beynəlxalq birliyin birmənalı dəstəyi, xüsusilə heç bir günahı olmadan həbs edilməsi nəzərə alınaraq dərhal azadlığa buraxılmalıdır!".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84