. .

"Arif Babayev Bakıdadır və səhhəti normaldır" - Oğlu açıqladı 

11:30 - 10 İyun
    1236 oxunma


Ötən gün Xalq artisti Arif Babayevin səhhətində yaranan problemlə əlaqədar təcili Türkiyəyə aparıldığı ilə bağlı ölkə mətbuatında məlumat yayılıb.

Bizimxeber.az bildirir ki, bu barədə ilk dəfə sosial şəbəkədə teleaparıcı Hacı Nuran Hüseynov paylaşıb. Onun məlumatında deyilirdi ki, xanəndə həkimlərin rəyi əsasında Türkiyəyə göndərilib.

Lakin bu gün Xalq artistinin oğlu Yaşar Babayev bildirib ki, atası  Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır və atasının səhhəti normaldır. "Deyilənlər yalandır, Arif Babayev hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84