.
.

"Antonov"dan Süveyş kanalı probleminə dəstək

23:52 - 26 Mart
    15080 oxunma


Ukraynanın "Antonov Hava Yolları şirkəti Süveyş kanalındakı yaranmış vəziyyətə görə mallarını çatdıra bilməyən şirkətlərə kömək etməyə hazırdır. Şirkət dünyanın dörd bir tərəfinə yüklərin təyyarələri ilə daşınmasını təklif etdi. 

Bizimxeber.az bildirir ki, şirkətdən verilən məlumatda qeyd olunur ki, təyyarələr ümumi həcmi 957-ə qədər olan 150 tona yaxın yük və ya kiçik paket daşıya bilər. Dövlətə məxsus "Antonov" müəssisəsində təxminən 22 min təyyarə istehsal edilərək dünyanın 50 ölkəsinə satılıb.

Qeyd edək ki, uzunluğu 400 metr olan "Ever Given" konteyner gəmisi bu həftə Süveyş kanalının 151-ci kilometrliyində quruya ilişərək qalıb. Nəticədə dünyanın ən işlək dəniz ticarət yollarından birində nəqliyyatın hərəkəti dayandırılıb. Bu səbəbdən də azı 100 gəmi hərəkəti məhdudlaşdırılıb. 

Mütəxəssislərin fikrincə, kanal yolunun bağlanması hər saata görə, 400 milyon dollar zərər gətirir. Yapon konteyner gəmisinin sahibinin sözçüsü bildirib ki,  gəmi həftə sonu üzə biləcək.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84