Antaliya dünyanın ən təmiz çimərlikləri sayında rekord qazandı

21:18 - 22 İyun
    960 oxunma

Dünyanın əsas turizm mərkəzlərindən biri olan Antalya şəhərində “mavi bayraqlı” çimərliklərin sayı ötən illə müqaisədə 202-dən 206-ya çatıb.

Bizimxeber.az TRT haber-ə istinadən xəbər verir ki, bununla da Antalya dünyanın ən mavi bayraqları şəhəri rekorduna yenidən özü sahib olub.

Yeni növ koronavirus tədbirlərinin yumşalmasından sonra turizm mövsümü "yeni normal" dövrünü açıq elan edib.

Turizm paytaxtı Antalyada çimərliklərdə mavi Bayraqlar dalğalanmağa başlayıb. Bu məsələ ilə bağlı dünyada lider olan şəhərdəki mavi Bayraqlı çimərliklərin sayı da artmışdır. Mavi Bayraqlı çimərliklər sayı 206-a, ötən il 202 ilə müqayisədə artmışdır.

 

“Mavi bayraq” (“Blue Flag”) standartı çimərliklər üçün bir meyar cədvəlidir. Mavi bayrağın alınması üçün dəniz suyunun keyfiyyəti, ətraf mühitin idarə edilməsi, ekoloji vəziyyət, təhsil və informasiya, təhlükəsizlik, xidmət və rahatlıqla bağlı bir sıra meyarların yerinə yetirilməsi yoxlanılır.

Bayraqlı çimərliklərdə yoxlama fasiləsiz davam edir. Bu il tədbirlər koronavirus səbəbindən daha da gücləndirilmişdir. Sosial məsafə, gigiyena, zibil qutuları kimi meyarlar da qiymətləndirilmişdir.

Mavi bayrağa gəldikdə isə, Antalyadan sonra  İspaniyanın  Valensiya şəhəri  134 çimərliyi ilə 2-ci, Fransanın Oksitani şəhəri isə 109 çimərliyi ilə 3-cü yerdə Antalyanı təqib edirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84