Annanın görüntüləri erməniləri qıcıqlandırdı – FOTO

16:15 - 25 Yanvar
    7200 oxunma


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının yayılan yeni fotosu Ermənistanda tənqid edilib. Anna Akopyan müharibədə öldürülmüş ermənilərin ailələrini ziyarət edərkən etdiyi bəzi hərəkətlər Ermənistan cəmiyyəti arasında qıcığa səbəb olub. Erməni bloger Vaqram Petrosyan Akopyanın bəhs edilən fotosunu “facebook” səhifəsində bu sözlərlə paylaşıb:

“Bu sifətə baxın, paltosuna, saç düzümünə, yaxasındakı nişana, geyiminə baxın... Moskvada bir həftəlik “əyləncə”dən sonra müharibədə ölən şəxsin ailəsini gülüşlərlə ziyarət edir. Sanki, “nə etmişiksə yaxşı etmişik”-deyir. Qeyd edək ki, sosial şəbəkədə Akopyana qarşı çox sayda erməni sərt tənqidlər ünvanlayıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84