. .

Ankara Rusiyanın peyvəndindən də imtina edir

13:59 - 19 Aprel
    10349 oxunma

"Türkiyədə Rusiyanın "Sputnik V" peyvəndinin sınaqları davam edir, lakin dərmanın istehsalının təsdiqlənməsindən danışmaq tezdir".

Bizimxeber.az xarici KİV-lərə istinadən bilriri ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi yanında COVİD-19 üzrə Elmi Şuranın üzvü Afşin Əmrə Kayypmaz məlumat verib.

Ötən gün Şafak qəzeti Kayypmaza istinadən bildirib ki, Türkiyə "Sputnik V" vaksinin istehsalını təsdiqləyib.

Lakin Əmrə Kayypmaz bu gün mətbuata verdiyi açıqlamada  - "Mən jurnalistə dedim ki, Türkiyədə Rusiya vaksininin sınaqları aparılır və onların yalnız bir neçə mərhələsi üzrə aralıq müsbət nəticələr əldə edilmişdir. Daha heç nə deməmişəm", – deyə bildirib.

O, nəşrlə əlaqə qurduğunu və xəbərin saytdan çıxarılacağına söz verdiyini əlavə edib.

Qeyd edək ki,  bir neçə gün əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel etiraf edib ki, Rusiyanın "Sputnik V" vaksininin mümkün tədarükü ilə bağlı Aİ-də fikir ayrılıqları var. Avropa Şurası sədrinin sözlərinə görə, Aİ dünyanın ən böyük vaksin istehsalçısı olmağa çalışır.

"Sputnik V" tətbiqi Argentina, Boliviya, Venesuela, Paraqvay, Meksika, Nikaraqua, Seynt Vinsent və Qrenadin, Əlcəzair, Qvineya Respublikası, Fələstin, Bəə, Bəhreyn, İran, Tunis, Livan, Myanma, Pakistan kimi ölkələrdə təsdiqlənib.

Bundan başqa, Rusiya preparatından istifadə edən ölkələr sırasına Serbiya, Serbiya Respublikası (Bosniya və Herseqovinanın entiteti), Çernoqoriya, Macarıstan, Monqolustan, Qazaxıstan, Türkmənistan, Ermənistan və Belarus daxildir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84