ANAMA: Xızıda S300 raketinin qalıqları aşkar edilib

17:01 - 18 Oktyabr
    980 oxunma

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları sentyabrın 27-dən bu günə qədər 11 ədəd "Elbrus” tipli raketin qalıqlarını aşkar edib və götürüb.

Qaynarinfo xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib. "Bu gün Xızı rayonuna raket atılması ilə bağlı saat 13:00 radələrində agentliyə məlumat daxil olub.

Həmin əraziyə baş çəkilib və S300 raketinin qalıqları aşkar edilib. Hazırda raket ərazidədir və Agentliyin əməkdaşları qalıqları götürür”, - deyə o, qeyd edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84