“Amrahbank”ın qiymətli kağızları ticarətdən çıxarılacaq

15:53 - 04 May
    1095 oxunma

Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının (BFB) listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən, “Amrahbank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhm və istiqrazlarının delistinq edilməsi qərara alınıb. Bu barədə Bakı Fond Birjası xəbər verir.

Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bu ilin aprel 27-də qəbul etdiyi qərarla “Amrah Bank” ASC-nin lisenziyası ləğv edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84