Amerika Ukrayna tanklarına nəzarət etməyi öyrənir
-
10640 oxunma
SİZİN REKLAM YERİNİZ - ok

"Ukrayna yeni modofokasiya olunmuş T-84 tipli əsas döyüş tankını sınaq və ya təlim üçün ABŞ ordusuna verib".
Bizimxeber.az bildirir ki, bu barədə "The National" qəzeti yazıb. Dərgi yazır ki, mütəmadi olaraq Yuma poliqonuna Amerika əsgərlərini yetişdirmək üçün xarici ölkələrdə istehsal olunan hərbi maşınlar gətirilir. Bundan əvvəl də Ukrayna hərbi texnikasının bir nümunəsi Arizonadaki Yuma poliqonuna göndərilib.
Eyni zamanda qəzetə danışan mütəxəssis deyib ki, Sovet İttifaqına məxsus T-80 tankının Ukraynada edilən yeni modifikasiyanın ABŞ-da görülməsi ilk dəfə deyil. 2003-cü ildə ABŞ Silahlı Qüvvələri sınaq üçün dörd Ukrayna tankı satın alıb.
Hətta ötən ilin aprelində internetdə "Drozd" aktiv qoruma sistemli T-84 tanklarının Yumadakı test mərkəzində olması barədə fotoşəkillər yayılıb.
Bizmxeber.az
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84