Amerikalı milyarderin oğlu yol qəzasında yanaraq öldü - Video

14:09 - 20 Dekabr
    1480 oxunma

Böyük investisiya şirkəti – “Bridgewater Associates”in təsisçisi, milyarder Rey Dalionun oğlu Devon Dalio ABŞ-da yol qəzası nəticəsində dünyasını dəyişib.

Bu barədə “Associated Press” xəbər verib.

Qeyd olunur ki, qəza Qrinviçdə baş verib. Avtomobil səkiyə çıxıb, daha sonra mağazaya çırpılıb və yanıb. İlkin məlumatlara görə, avtomobilin yanacaq çəni qəza zamanı partlayıb. Devon Dalio yanaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır. Devon Dalio ailəli idi, bir qız övladı yadigar qalıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84