Amerikalı həkim: “Gözləməyin, peyvəndlənin”

14:58 - 27 Yanvar
    9360 oxunma


Loading...

Dünyanın neçə aydır gözlədiyi koronavirus peyvəndləri artıq əhalinin bir hissəsi üçün əlçatandır. Ancaq araşdırmalar peyvəndlənmə hüququ olan insanların vaksinə münasibətinin fərqli olduğunu göstərir.

ABŞ-da keçirilən bir sorğuda respondentlərin yalnız 43%-i peyvəndlənməyə hazır olduğunu bildirib, 57%-i isə hələ gözləyəcəyini, ya da vaksindən tam imtina edəcəyini söyləyib.

Amerikalı tibb elmləri doktoru Adcoa Smolz Mantey “ABC News” kanalının internet səhifəsində dərc etdirdiyi yazıda gözləmə mövqeyində duranlara mürciət edərək bildirir: “Bir həkim kimi tövsiyə edirəm: gözləməyə ehtiyac yoxdur, peyvəndin gecikdirilməsi təhlükəlidir”.

Doktor Adcoa qeyd edir ki, pandemiya başlanandan koronavirus infeksiyası, yoluxmanın qarşısının alınması üsulları və hazırlanan peyvəndlər barədə çoxlu yanlış məlumat yayılıb. Onun fikrincə, bəzilərinin gözləmə mövqeyi seçməsi də bu dezinformasiyaların nəticəsidir.

Müəllif peyvəndin pandemiyaya son qoymaq və insanları normal həyata qaytarmaq üçün ən yaxşı vasitə olduğunu vurğulayır: “Virusun daha sürətlə yayılan bir neçə növü (yeni ştamlar) meydana gəlib. Maska taxmaq, sosial məsafə saxlamaq, gigienik qaydalarına əməl etmək vacibdir. Amma bu qabaqlayıcı tədbirlər işə yaramaya bilər. Yoluxma halları daha da arta bilər. Dünyada hər kəsin koronavirus peyvəndinə ehtiyacı var. Vaksinin faydası riskindən çoxdur. Peyvəndlənmək növbəsini təxirə salanlar infeksiyaya yoluxma təhlükəsini artırırlar”.

COVİD-19 peyvəndi vurdurandan sonra bəzi adamlarda narahatlıqların (halsızlıq, hərarət və s.) baş qaldırmasına toxunan doktor Adcoanın fikrincə, vaksinasiya zamanı müşahidə edilən əks təsirlər peyvənddən imtinaya əsas vermir. Müəllifin sözlərinə görə, əvvəla, belə hallar orqanizmin vaksinə təbii reaksiyasıdır; ikincisi, koronavirusa yoluxma vaksinin doğura biləcəyi narahatlıqlardan daha riskli, daha təhlükəlidir.

Müəllif yazır ki, kollektiv immunitet yaranmayınca normal həyata qayıtmaq mümkün olmayacaq, virusa görə dünyada tətbiq edilən məhdudiyyətlər aradan qalxmayacaq.

Adcoa Smolz Mantey xatırladır ki, mütəxəssislər kollektiv immunitetin yaranması üçün əhalinin 70-90 faizinin peyvənd olunmasını vacib sayırlar: “Ona görə də peyvəndlənmək növbəniz çatanda gözləməyin, peyvəndlənin. Peyvənd vurdurmaqla həm özünüzü, həm də başqalarını qorumuş olursunuz”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84