Amerika pilotsuz təyyarəsi Qafqaz səmalarında kəşfiyyat aparır

12:20 - 27 İyun
    1595 oxunma

ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat pilotsuz uçuş aparatı Rusiyanın Qafqazla sərhədləri yaxınlığında görünüb.

Bizimxeber.az "İnterfaks"a istinadən xəbər verir ki, “RQ-4A Global Hawk” pilotsuz uçuş aparatı Sicilyadaki Sigonella bazasından havaya qalxıb və bir neçə saat uçuşda olubi. O, Krımın və Kubanın Qara dəniz sahili boyunca bir neçə dəfə uçduqdan sonra Gürcüstanın hava məkanına daxil olub. 

Orada olarkən Rusiya, Abxaziya və Cənubi Osetiya sərhədlərinə yaxınlaşıb — yaxın nöqtədə o, Rusiya sərhədindən 20 kilometr, abxaz sərhədindən 10 kilometr məsafədə olub. Bundan sonra pilotsuz uçuş aparıcısı Ukraynanın hava məkanına yollanıb və Ukrayna dövləti ilə tanınmamış respublikalar arasında sərhəd xətti boyunca hərəkət edib.

Qeyd edək ki, iyunun 22-də amerika təyyarəsi Suriyadakı Rusiya bazalarının yaxınlığında da görünüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84