AMEA-da qadın direktor buna görə işdən çıxarıldı

10:58 - 21 Noyabr
    2070 oxunma

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova vəzifəsindən azad olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında elan olunub.

İclasın gündəliyinə çıxarılan məsələlərdən biri də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələri haqqında olub.

Mövzular ətrafında müvafiq arayışlar səsləndirilib. MEK-in idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev MEK-in yeni direktoru təyin edilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84